Azərbaycanda hərbi senzura tətbiq olunacaqmı? » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial

Azərbaycanda hərbi senzura tətbiq olunacaqmı? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda hərbi senzura tətbiq olunacaqmı?

Təbii olaraq, belə bir arzuolunmayan şərait bir o qədər də arzuolunmayan problemlər ortaya çıxarır. Bunlar Azərbaycanın hərbi məsələləri ilə bağlı informasiyaların mətbuata sızması, hərbi məlumatların yayılması, bu hadisələrə münasibətdə qeyri-peşəkarlığın doğurduğu fəsadlar, yanlış mövqelərin ortaya çıxara biləcəyi təhlükələr və sair detallardır. Bir müddət bundan əvvəl erməni vertolyotunun vurulması zamanı bu olayın mediada işıqlandırılması, doğurduğu reaksiyalar dediklərimizi təsdiqləyir.

Sözügedən məsələlərlə bağlı suallarımızı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlıya ünvanladıq.



- Müdafiə Nazirliyi mətbuatda hərbi məsələlər ilə bağlı dövlət sirlərinin qorunmasına necə nəzarət edir?

- Kütləvi informasiya vasitələrində hərbi sahədə dövlət sirri təşkil edən məlumatların yayılması “Dövlət Sirri Haqqında” Azərbaycan Respublikası Qanununun maddələrinin tələblərinə uyğun olaraq qadağandır. Bu səbəbdən də bu məlumatların kütləvi informasiya vasitələrində yayılmasına ilk növbədə məsuliyyəti bilavasitə onu yayan şəxslər daşıyırlar. Bildirmək istərdim ki, dövlət sirlərinin qorunması eyni zamanda, bütün vətəndaşlarımız tərəfindən həyata keçirilməlidir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən Silahlı Qüvvələrin fəaliyyəti haqqında informasiyanın yayılması, dövlət sirrinin mühafizəsi və informasiya təhlükəsizliyinin təmin olunması sahəsində tədbirlər haqqında əmr imzalanıb. Əmrdə nazirliyin müxtəlif qurumlarına yuxarıda qeyd olunan sahələr üzrə müəyyən edilmiş vaxtda müvafiq tapşırıqların icrasının təmin edilməsi göstərilib.

- Müharibə ilə bağlı, döyüş sirləri ilə əlaqədar mətbuatın monitorinqi aparılırmı?

- Hərbi sahədə dövlət sirri təşkil edən məlumatların aşkar edilməsi üçün mətbuatın mütəmadi olaraq monitorinqi aparılır. Aşkar edilmiş məlumatlar müvafiq ekspertizadan keçirilir, rəy hazırlanır və qanuna müvafiq tədbirlər görülür.

-Monitorinq Müdafiə Nazirliyi tərəfindən aparılır, yoxsa digər dövlət qurumları ilə əməkdaşlıq səviyyəsində həyata keçirilir?

- Monitorinq Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir.

-Müharibə şəraitində yaşayan Azərbaycanda hərbu senzuranın tətbiqini necə dəyərləndirirsiniz?

- Hazırda bu barədə hər hansı bir rəsmi fikir səsləndirilmir. Ancaq müharibə şəraitində yaşamağımızı nəzərə alaraq, senzuranın tətbiq olunmasını gözləmək deyil, hər birimiz vətəndaş olaraq onu daxilən yaşamalı, gündəlik həyatımızda istifadə etməli, bir sözlə özümüz özümüzə “senzor” olmalıyıq.

-Hərbi xidmətdə hərbçilərin mobil telefondan istifadəsi qadağan edilib. Buna baxmayaraq, bəzi hallarda hərbi sirlər yayılır. Bununla bağlı, nə deyə bilərsiniz?

- Cəbhə xəttində yerləşən hərbi hissələrdə hərbi qulluqçuların mobil telefonlardan istifadəsinə məhdudiyyət qoyulub. Bu məhdudiyyət məlum səbəblərdən düşmənlə üz-üzə dayanan həmin hərbi hissələrdə məxfiliyi qorumaq məqsədilə edilib. Müdafiə Nazirliyinin cəbhə xəttindən kənar digər hərbi hissələrinə gəlincə isə, bununla bağlı hər hansı qadağa və məhdudiyyət yoxdur.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *