Səudiyyə Ərəbistanı Gürcüstan istehsalı olan zirehli maşınlar alacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, İqtisadiyyat

Səudiyyə Ərəbistanı Gürcüstan istehsalı olan zirehli maşınlar alacaq

Səudiyyə Ərəbistanı Gürcüstan istehsalı olan zirehli maşınlar alacaq


Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin elan etdiyi tenderdə Gürcüstanın dövlət hərbi mərkəzi “Delta”da istehsal edilən zirehli maşın qalib gəlib.

Oxu.Az xəbər verir ki, “Kvira” informasiya portalının eksklüziv məlumatına görə, artıq Gürcüstanla Səudiyyə Ərəbistanı arasında müasir zirehli tibbi-təxliyyə avtomobilinin tədarükünə dair müvafiq saziş imzalanıb.

Müqavilə nəticəsində Səudiyyə Ərəbistanı Gürcüstana 90 milyon lari (60 milyon dollar) ödəyəcək.

Yoxlamada “Oshkosh”, “Streit Group”, AIG, “Steyr” və “Lenco bearcat” kimi şirkətlərin 6 ədəd zirehli avtomobilləri iştirak edib.

Artıq tərtib edilmiş müqavilədə nəzərdə tutulmuş sazişin əldə edilməsindən sonra, “Delta” Səudiyyə Ərəbistanı Krallığının quru qoşunları ilə əməkdaşlığa davam edəcək və onlara bir neçə yüz müxtəlif təyinatlı zirehli maşın tədarük edəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *