Əfsanəvi gədəbəyli komandir anıldı
Avqustun 8-də sabiq deputat Nazim Məmmədovun təşkilatçılığı ilə Gədəbəyin əfsanəvi komandiri, polkovnik Cahangir Rüstəmovun xatirəsinə həsr olunmuş “Bu dağlardan bir Cahangir keçdi” adlı kitabın təqdimat mərasimi keçirilib.
Virtualaz.org saytı xatırladır ki, Azərbaycanın əzəli torpağı olan Başkəndin ermənilərdən azad olunması hər il avqustun 8-i müasir tariximizdə Milli Ordumuzun ilk və yeganə uğurlu əməliyyatlarından biri kimi qeyd olunur.
Tədbir iştirakçıları Başkənd əməliyyatlarına rəhbərlik etmiş əfsanəvi polkovnikin, faktiki xalq qəhrəmanının Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi üçün mütəmadi iş aparacaqlarına və bununla əlaqədar Ali Baş Komandan, prezident İlham Əliyevə müraciət etməyə qərar veriblər.
Mənbə:> Virtualaz.org