Dili tez-tez çaşan Obama: “İŞİD-in hazırlığını sürətləndirəcəyik”... » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Video

Dili tez-tez çaşan Obama: “İŞİD-in hazırlığını sürətləndirəcəyik”... – VİDEO+FOTO

Dili tez-tez çaşan Obama: “İŞİD-in hazırlığını sürətləndirəcəyik”...

“Dil çaşar, düzünü deyər”. ABŞ prezidenti Barak Obamanın iyulun 6-dakı brifinqdə söylədiklərini bu kəlmələrlə izah etmək olar.

Obama çoxdanın gizlədilən “Polişinel sirri”ni açaraq söyləyir: “Ötən ay qəbuluna dair göstəriş verdiyim əlavə tədbirlərə uyğun olaraq, biz “İslam Dövləti” döyüşçülərinin hazırlıqlarını sürətləndirəcəyik”.

Yəni superdövlətin başıda dayanan şəxs vəhşilikləri ilə ad çıxarmış superterror təşkilatına yardımı sürətləndirməyə dair göstəriş verdiyini deyir.

Əlbəttə, Ağ Evin saytında yerləşdirilmiş prezident çıxışının mətnində xətaya düzəliş etməyə məcbur olublar. Daha bu qədər yox da!

Nəticədə mətnə əlavə olunub ki, Obama əslində “İraq qüvvələri” demək istəyirmiş. Ancaq çıxışın videosu qamaqdadır.

Bu, nədir, çaşıb həqiqəti etiraf etmək? Məsuliyyətsizlik? Savadsızlıq? Bəlkə üçü birində? Üstəlik bu cür xətalar daha təəccüb də doğurmur, sanki tolerantlıq formalaşıb. Axı çox təkrarlanan hər şey adiləşir.

İstəyir çaşqınlıq olsun, istəyir məsuliyyətsizlik və savadsızlıq, bütün hallarda bu, müasir siyasətçilərin deqradasiyasının götəricisidir. Onlar artıq söz və ifadələrinin məsuliyyəti kimi vacib elementi demonstrativ şəkildə görməzlikdən gəlirlər.

Dili tez-tez çaşan Obama: “İŞİD-in hazırlığını sürətləndirəcəyik”...


Düzdür, Obamaya balaca Buşa çatmağa hələ var. Bu sonuncunun xətalar toplusu artıq qalın cild kitabda toplanıb, üstəlik siyasi publisistikaya “buşizm” adlı yeni termin bəxş edib. Ancaq Ağ Evin qaradərili sahibinin məsuliyyətsiz səhvləri də yetərincədir.

Hələ prezidentlik səlahiyyətlərini icra etməyə başlamamış Nobel Sülh mükafatı ilə təltif olunan Obama sanki öz absurdları ilə ətrafdakı absurdları kompensasiya edir.

Yəni demək istəyir: “Baxın, mən də sizin kimi ağlına gələni danışan və edən birisiyəm”.

Yəni ona hələ heç nə etməmiş Nobel mükafatı verənlərdən fərqlənmədiyini göstərir. Həmçinin bu mükafatın gözdən salınması üçün də əlindən gələni etməklə dünyada məntiqsizliyin adiləşməsinə öz payını verdiyini ortaya qoyur.

Sülh mükafatı alandan sonra Obamanın “sülhpərvərliy”i göz qabağındadır - bu, İraqda, Liviyada, Suriyada, Ukraynada “təsdiqləyib”.

Yaxud seçki kampaniyası zamanı Quantanamo türməsini bağlayacağını vəd edib, qələbə qazanandan sonra müvafiq sənəd də imzalayıb, ancaq müdhiş türmə fəaliyyətdədir. Görünür, Vaşinqtonda Kubanı “qeyri-azad dövlət” adlandıranda məhz onun yeganə qeyri-azad hissəsini - Quantanamonu nəzərdə tuturlar.

Obamanın söz xətalarından isə antologiya düzəltmək olar. Hər dəfə motivlər fərqlənə bilər, ancaq bu, müasir siyasətdə anaxronizmin banallığı problemini həll etmir. Olsun ki, bir dəfə dili çaşır, başqa vaxt bilgisizlik özünü göstərir, üçüncüdə elementar savad defisiti var və s. Amma bunlar heç bir halda bəraət deyil.

Motivlər isə hər dəfə üzdədir. Onların adını çəkmədən Obamanın bəzi lyapuslarını xatırlayaq. Çünki bu xətalar yaşadığımız dünyanın təəssüf ki, belələrinin əlində olduğuna sübutdur.

Elə buna görə də dünya indiki günündədir...

Dili tez-tez çaşan Obama: “İŞİD-in hazırlığını sürətləndirəcəyik”...


***

Beləliklə, özünün birinci seçkiqabağı kampaniyasında Obama seçicilərin qarşısında öyünür ki, onun əmisi Osventsimi azad edib. Tezliklə aydınlaşır: əmisi yox, babasının əmisi oğlu. Və Osventsimi yox, Buhenvaldı.

Digər nitqində isə o, ABŞ-da 57 ştatın olduğunu deyir. Halbuki ştatların sayı 50-dir (üstəgəl Kolumbiya federal dairəsi). Yəni prezident ölkəsindəki ştatların sayını da bilmir.

2011-ci ilin noyabrında G20 sammitində jurnalistlər açıq qalmış mikrofondan bu mükaliməni dinləyirlər: Nikolya Sarkozi İsrailin baş naziri Benyamin Netanyahunu “yalançı” adlandırır. Obama isə ona təsəlli verərək deyir: “Səni o, bezdirib, mən isə onunla hər gün iş görməli oluram”.

Yaxud Obama Dakota ştatının Sul-Folls şəhərində çıxış edərkən dəfələrlə oranı Cənubi Dakota adlandırır, üstəlik deyir: “Sağ ol, Su-Siti!”

Mitinqdəki kütlə şübhəli şəkildə sakit daynıb əl çalmayanda Obama çaşdığını anlayır və söyləyir: “Bağışlayın, Su-Folls. Arıq xeyli vaxtdır ki, mən burada, Ayovadayam”.

Halbuki həmin vaxt o, Cənubi Dakotada idi.

2012-ci ildə Obama ABŞ ilə Polşa arasında siyasi qalmaqala səbəb olur və yekunda Vaşinqton Varşavadan üzr istəyir.

Belə ki, II dünya müharibəsi zamanı Polşada yerləşmiş ölüm düşərgələrinin dəhşətlərindən danışarkən prezident Obama onları nasist yox, polyak ölüm düşərgələri adlandırır...

Bütün sadalanan xətaların (onlar isə sadəcə seçmələrdir, yəni başqaları da var və çoxdur) səbəblərindən asılı olmayaraq bizim qarşımızdakı personajın düşünmədən danışması göz önündədir.

Niyə bu cür oldu? Çünki siyasətdə dürüstlük və məsuliyyətə, savad və ağıla ehtiyac qalmadı. Səhvlərə görə cavabdelik də tələb olunmur. “Nədədir həqiqət? - Gücdə!”..


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *