Şəhid hərbçimizin medalı anasına verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Video

Şəhid hərbçimizin medalı anasına verildi – VİDEO

Şəhid hərbçimizin medalı anasına verildi


Goranboy rayonundan olan şəhid Etibar Kazımovun ailəsinə ölümündən sonra “Hərbi xidmətdə fərqləndiyinə görə” medalı verilib.

AzNews.info-nun ANS TV-yə istinadən məlumatına görə, prezident ilham Əliyev və müdafiə naziri Zakir Həsənovun sərancamı ilə verilən medalın təqdimetmə mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Etibar Kazımovun xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, millət vəkilləri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.

Medal şəhidin anası Elmira Kazımovaya təqdim olunub.

Xatırladaq ki, Milli Ordunun müddətdən artıq hərbi qulluqçusu E. Kazımov döyüş tapşırığını yerinə yetirərkən ermənilərin açdığı atəş nəticəsində şəhid olub. E. Kazımov 2 ay öncə ailə həyatı qurub.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *