Saakaşvili də Azərbaycana xəyanət etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Maraqlı

Saakaşvili də Azərbaycana xəyanət etdi

Saakaşvili də Azərbaycana xəyanət etdi


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin bu fotoşəkilini virtualaz.org saytının redaksiyasına hələ ötən ilin payızında göndərmişdilər.

“Narıncı inqilab”ın lokomotivi, İvanişvilinin rəhbərlik etdiyi yeni gürcü hakimiyyətinin istəyi ilə İnterpol tərəfindən axtarılan Saakaşvili həmin vaxtlar Bakıda gizlənirdi.

Saakaşvili böyük qonağın “ovuna” çıxan bakılı bloggerlərin diqqətini nəyə görə cəlb etmişdi?

Gürcü hökuməti qətiyyətlə bəyan etmişdi ki, sabiq dövlət başçısını Tiflisə qandalda gətirəcək. O isə həmin vaxt Bakının dəbdəbəli otellərinin birində arın-arxayın oturub peçenye ilə qəhvə içirdi.

Saakaşvili də Azərbaycana xəyanət etdi


Əlbəttə ki, postsovet məkanındakı dincliyin və sakitliyin pozucusu olan Saakaşvili dövlətlərin xüsusi xidmət orqanlarının ciddi nəzarəti altında idi. Təbii ki, Saakaşvilinin 2014-cü ilin oktyabrında Bakının dəbdəbəli “Fairmont” otelində olması Kremli də qıcıqlandırırdı. İvanişvilini narazı salırdı. Permanent rəngli inqilabların nəfəsini necə deyərlər, boynunun arxasında hiss edən postsovet ölkələrinin liderlərində narahatlıq doğururdu.

Söz yox ki, “narıncı internasional”ın lideri Bakıda yaxın dostlarının və tanışlarının əhatəsində and-aman edib hamını inandırmağa çalışırdı ki, yaxın vaxtlarda daha siyasətlə məşğul olmayacaq.

Saakaşvili bunu həmin günlərdə şəxsən mənim özümə də demişdi: “İnsanın həyatında bəzən elə məqam gəlib çatır ki, burada artıq dayanmaq, dönüb geriyə baxmaq lazımdır. Mən indi avtomobildən imtina etmişəm. ABŞ-da yalnız ictimai nəqliyyatda, metroda gəzirəm. Kitabxanama xeyli kitab yığılıb, onları oxumaq lazımdır. Axı dövlət işi bütün vaxtımı alırdı, klassik ədəbiyyat oxuyacaq halda deyildim. Dayanmaq, keçdiyim yol barədə düşünmək, adi insan həyatı yaşamaq istəyirəm. Böyük siyasətə qayıtmaq haqda isə heç düşünmürəm də...”

Mən Mixail Nikolozoviç Saakaşvilini diqqətlə dinləyirdim. Onun dili bir, gözləri isə tamam ayrı şeyi deyirdi. Onun gözlərində inqilabi mübarizə alovu, inanılmaz diqqətcillik, hakimiyyət ehtirası var idi...

Cəmi bir neçə aydan sonra isə Saakaşvili yeni inqilabi dalğanın ağuşuna atılaraq siyasi macəralar yoluna çıxdı. Lakin biz bu gün pələng dərisi geymiş gürcü pəhləvanının Odessadakı yerinə yetirilməsi demək olar ki, mümkün olmayan yeni missiyasından söhbət açmayacağıq. Bu gün biz İlham Əliyevin, bütövlükdə Azərbaycanın Gürcüstan üçün yeni gürcü dövlətinin yarandığı gündən bəri elədiklərini xatırlamaq, bunu həm Saakaşvilinin özünə, həm də onun tərəfdarlarına xatırlatmaq istərdik.

Hər halda Saakaşvili gürcü hakimiyyətinin təqiblərindən xilas olmaq üçün Bakıda gizlənirdi. Təkrar edirəm, rəsmi Bakı çoxsaylı xarici qüvvələrin güclü müqavimətinə baxmayaraq sabiq prezidentin öz ölkəsinin ərazisində olmasına sadəcə olaraq göz yummuşdu. Bu, Saakaşvilinin başı üzərində Domokl qılıncı təhlükəsi yaranana qədər davam etdi. O, Bakını tərk etmək vaxtının çatdığını, burada qalmağın artıq təhlükəli mənasız olduğunu özü də dərk etdi. Küləklər şəhərində inqilab tufanından başqa nə desən ola bilərdi.

Saakaşvili də Azərbaycana xəyanət etdi


İlham Əliyev Saakaşviliyə Bakıda qalmağa niyə icazə vermişdi? Ona görə ki, Azərbaycan prezidenti bunu dəfələrlə sübut edib: yalnız şərəf və ləyaqət kodeksinə sadiq qalmaqla siyasətdə qalmaq və uğur qazanmaq olar! Siyasi sinizmə, satqınlıq və maraqların tez-tez dəyişməsi barədə Dizraeli qanununa əl atmaq vacib deyil. Azərbaycan Gürcüstana neçə dəfələrlə əl uzadıb və onu enerji böhranından, xarici müdaxilədən və siyasi kollapslardan neçə dəfə xilas edib! Bu sözün hərfi mənasında...

Saakaşvili özü və tərəfdarları Bakı-Qars-Axalkalaki layihəsini, Azərbaycanın Saakaşvili hökumətinə verdiyi krediti, qazın güzəştli qiymətlərlə satılmasını, Gürcüstanın bəzi rayonlarına hətta pulsuz qaz verilməsini, doğrudanmı bu qədər tez unudublar?

Biz hələ Azərbaycanın yaratdığı və Gürcüstanın da qatıldığı qlobal enerji layihələrini və nəqliyyat arteriyalarını demirik. Saakaşvili özü demək olar ki, hər siyasi bəyanatında ağzı köpüklənə-köpüklənə Azərbaycanı Gürcüstanın suverenliyinin və inkişafının qarantı adlandırırdısa, daha nə demək olar?!

Yeri gəlmişkən, İlham Əliyev bu siyasi xeyirxahlığını təkcə Saakaşviliyə və Gürcüstana münasibətdə yox, həm də Azərbaycana dostcasına münasibət bəsləyən bütün prezidentlərə və dövlətlərə göstərib. Lukaşenkonun Belarusun 200 milyon dollar borc probleminin İlham Əliyev tərəfindən bir neçə saatın içində həll etməsi barədəki hay-küylü bəyanatını xatırlayırsınızmı? Minsk həmin pulun 187 milyon dolları ilə o dəqiqə “Qazprom”a olan borcunu ödəmişdi.

Portuqaliyaya, Serbiyaya, digər dövlətlərə də münasibətdə belə olub.

Adi insanlar kimi prezidentlərin də öz həyat kredosu, öz amalı, öz qaydaları, şərəf və ləyaqət kodeksi, şəxsiyyət kimi əxlaqi dəyərlər sistemi var.

Amma baxın, görün Saakaşvili və onun yaxın silahdaşları xeyirxahlığa necə cavab verdilər.

Avropalı parlamentarlar Qrossun, Rukenin və digərlərinin məkri, Qarabağdakı erməni ekspansionizminin xarakteri barədə müddəanı AŞ PA qətnaməsindən son anda çıxarmaları Azərbaycanı əsla təəccübləndirmədi. Onlar Azərbaycanı gözdən salmaq üçün əllərinə düşən fürsəti buraxmamaq üçün neçə illərdir açıq-aşkar çalışırlar. Lakin bu yaramaz missionerlərin çevrəsində gürcü deputatlarının da peyda olması günün sensasiyasına çevrildi.

Saakaşvili də Azərbaycana xəyanət etdi


Bəli, söhbət AŞ PA-dakı Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkat Partiyasından olan gürcü deputatlardan gedir. Gürcü deputatlar antiazərbaycan qətnaməsi layihəsinin son variantına ATƏT-in Bakı ofisinin ləğvinə görə Azərbaycan hakimiyyətinin məsuliyyətinə dair paraqraf daxil etmək məqsədilə xüsusi təşəbbüslə çıxış ediblər. Halbuki ATƏT-in Azərbaycandakı nümayəndəsi, Bakıda vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün hazırlanmış xüsusi planda iştirakdan imtina etdiyinə görə Amerika xüsusi xidmət orqanları tərəfindən bu sözün hərfi mənasında əzilən Aleksis Şahtaxtinski ilə bağlı tarixçə bunun əksini sübut edir. ATƏT-in Azərbaycandakı missiyasının iflasa uğramasının başlıca səbəbi bu qurumu (ATƏT-i) belə demək mümkünsə, anti-Əliyev müqavimət cəbhəsinə cəlb etmək kimi yeganə məqsəd güdən Qərb ölkələrinin, ilk növbədə Vaşinqtonun məhz satqın mövqeyi oldu.

Saakaşvili də Azərbaycana xəyanət etdi


Lakin Georgi Kandelakinin (Gürcüstan parlamentinin Vahid Milli Hərəkat Partiyasından olan deputatı, AŞ PA-da Avropa Xalq Partiyası fraksiyası) və Çioara Taktakişvilinin (Gürcüstan parlamentinin Vahid Milli Hərəkat Partiyasından olan üzvü, AŞ PA-da Liberallar və Demokratlar Alyansı) timsalındakı gürcü nümayəndə heyəti Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin gətirdiyi dəlillərin heç birinə məhəl qoymayaraq Qrossun və ermənipərəst Rene Rukenin lobbi qrupuna qoşuldu və həmin bədnam paraqrafın qəbuluna dair birgə təşəbbüslə çıxış etdi.

İkinci dərəcəli bu gürcü müxalifətçilərinin bu oyuna öz istək və iradəsi ilə, necə deyərlər, öz qəlblərinin səsi ilə girməsi çox şübhəlidir. Kifayət qədər xarizmatik (bir qədər də volyuntarist) Saakaşvilinin partiyasında belə özbaşınalıqlar sərt partiya intizamının qaydaları ilə ağır cəzalandırırlır.

Görünür, işarəni Saakaşvili verib. Ya da onun müavinləri, o cümlədən David Bakradze.

Saakaşvilinin nümayəndələrinin bu açıq düşməncə hərəkətini necə qiymətləndirmək olar? Bu, adi satqınlıq və xəyanətdir!

Əlbəttə, gürcü deputatlar da, elə Saakaşvilinin özü də özlərinə haqq qazandırmaq, özlərini təmizə çıxarmaq üçün çox sözlər tapıb deyə bilərlər. Lakin müəyyən hərəkətlərdən sonra bu sözləri də unudurlar. Bu da sizə “Pyotr Poroşenko bloku”ndan olan ukraynalı deputat Vladimir Aryev kimi gözəgörünməz kuklaoynadan tərəfindən idarə olunan gürcü deputatlarının hərəkəti...

Görünür, bu gözəgörünməz kuklaoynadanın yeni texnologiyasına görə, Azərbaycanın tənqidçilərinin çevrəsində postsovet məkanından olan fəallar da özünə yer tapmalıdır. Məqsəd antiazərbaycan cəbhənin daha geniş miqyas aldığını bütün dünyaya nümayiş etdirməkdir. Yən baxın, hətta gürcülər və ukraynalılar da qonşu Azərbaycandakı despotik hakimiyyəti ürəkdən qəbul etmirlər...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *