Bu ərəb ölkəsi ABŞ-a yardım göndərdi
Oman ABŞ-ın Quantanamo həbsxanasında saxlanılan 6 yəmənlini qəbul edib.
ANS PRESS-in məlumatına görə, onlar Omana bu gün yola düşüb.
ABŞ-ın Müdafiə Nazirliyinin bəyanatında Oman hökumətinə humanitar jestinə görə minnətdarlıq və Amerikanın Quantanamo həbsxanasının bağlanmasına dəstək verdiyi üçün təşəkkür bildirilir.
Uzun müddət həbsdə saxlanılanların azad edilməsi beynəlxalq ictimaiyyətin tənqidlərindən sonraya təsadüf edir. Hazırda həbsxanada saxlanılan 106 nəfərin əksəriyyətinə qarşı heç bir ittiham irəli sürülməyib.
Qeyd edək ki, Barak Obama ilk dəfə prezident seçildiyi vaxt həbsxananın bağlanacağına vəd vermişdi.
Mənbə:> ANSPRESS