Bakıda bütün dünyanın izləyəcəyi görüntülər – FOTO
I Avropa Oyunlarının məşəli "Alov qüllələri"ndən aşağı endirilib.
ANS PRESS-in məlumatına görə, bu vəzifə azərbaycanlı alpinist Renat Rəhimxanov verilib. "Alov qüllələri"ndən aşağı enən alpinist məşəli uğurla yerə çatdırıb. Ətrafda toplaşan insanlar bu tarixi hadisəni böyük maraqla izləyiblər. Daha sonra mətbuata açıqlama verən Renat Rəhimxanov çox həyəcanlı olduğunu söyləyib.
O bildirib ki, bu məsuliyyətli vəzifəni yerinə yetirdiyi üçün qürur duyur: "Ölkəmizi təmsil edəcək idmançılara yarışlarda uğurlar arzu edirəm. Ümid edirəm ki, I Avropa Oyunlarında bütün idmançılarımız yaxşı nəticələr alacaq. Avropa bizi izləyir. Bu mötəbər yarış nəticəsində ölkəmiz daha da çox irəli gedəcək", - deyə R.Rəhimxanov söyləyib.
Qeyd edək ki, Renat Rəhimxanov məşəli Yunan - Roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurova ötürəcək.
Mənbə:> ANSPRESS