Poroşenkodan şok iddia » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Poroşenkodan şok iddia

Poroşenkodan şok iddia




Ordu Rusiyanın "tammiqyaslı istilasından" müdafiəyə hazır olmalıdır.

ANS PRESS-in məlumatına görə, bu iddianı Ukrayna Prezidenti Petro Poroşenko irəli sürür.

O, ölkəsinin ərazisində hazırda 9 mindən artıq Rusiya hərbçisinin olduğunu bəyan edərkən deyib ki, Ukrayna ordusu ölkəni "Rusiya təcavüzündən" qorumağa qadirdir. Parlamentdə illik müraciətlə çıxış edən Petro Poroşenko ölkənin şərqindəki münaqişə bölgəsində 50 min Ukrayna əsgərinin olduğunu deyib. O, Ukrayna ordusunun ümumi sayının 250 min təşkil etdiyini vurğulayıb.

Ukraynanın şərqindəki üsyançılara hərbi dəstək göstərmədiyini deyən Moskva Donbasda rusiyalı hərbçilərin olması barədə ittihamları hər zaman rədd edib.

Prezident Poroşenkonun bəyanatı çərşənbə günü Donetsk yaxınlığında şiddətli döyüşlərdən sonra səslənir. Ukrayna Müdafiə Nazirliyi cümə axşamı Maryinka şəhəri yaxınlığında qarşıdurmanın səngidiyini xəbər versə də öz mövqelərinin ara-sıra atəşə tutulduğunu bildirir.

Döyüşlər nəticəsində 5 Ukrayna və 14 "DNR" tərəfdarının öldürüldüyü xəbər verilir.

Qondarma "Donetsk Xalq Respublikası" bu məlumatları şərh etməyib. İnterfax agentliyi üsyançılara istinadən yaydığı məlumatda Maryinka yaxınlığında vəziyyətin sabit olduğunu bildirib.Lakin hazırda şəhərə kimin nəzarət etdiyi qeyri-məlumdur.

Qeyd edək ki, çərşənbə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kreml Ukraynanın şərqində baş verən hadisələri izləyir və onun gedişatından asılı olaraq öz mövqeyini müəyyənləşdirəcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *