İlham Əliyev Dövlət Bayrağı Meydanına yeni rəis təyin etdi
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə rəis təyin edilməsi haqqında sərəncam imzalayıb.
AzNews.info AzərTAc-a istinadla xəbər verir ki, sərəncama əsasən, İlqar Mustafayev Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, İdarənin keçmiş rəisi Rəşad Məmmədov prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad olunub.
Mənbə:> AzərTAc