Prezidentlər və onların heyvanları – FOTO
Heyvanlar insanların ən yaxın dostlarıdır. Bu dördayaqlılara dövlət başçıları da biganə qala bilmirlər. ANS PRESS heyvan sevgiləri ilə fərqlənən liderləri təqdim edir.
Rusiya prezidenti Vladimir Putin müntəzəm olaraq təbiət qoynuna çıxır. O, öz itləri ilə qarda, günəşdə əylənməyi sevir. Onun ən məşhur iti lablador cinsindən olan Koni olub. Bu it sahibini hətta bəzi dövlət başçıları ilə danışıqlarda da müşayiət edib. O, 12 yaşında ölüb.
Konidən başqa Putinin daha iki iti var. Düzdür onlar Koni kimi məşhur deyillər. Onlar iki il öncə Kreml dövlət başçısının gəzintisindən foto yaydıqdan sonra tanınıblar. Bunlardan biri bolqar ovçarkası Baffi, digəri isə akita-inu (yapon dilində arzu) Yumedir. Baffini ona Bolqarıstanın baş naziri hədiyyə edib. Yume isə Rusiyanın 2011-ci ildə zəlzələ və sunaminin vurduğu zərəri aradan qaldırmağa göstərdiyi köməyə görə Yaponiya hökuməti tərəfindən bağışlanıb.
İndi Baffinin 5, Yumenin isə 3 yaşı var.
Bir müddət öncə dövlət başçısı postunda olan Dmitri Medvedev isə Putindən fərqli olaraq pişik sevib. Yumşaq gözəl - neva maskarad cinsindən olan pişiyin adı Dorofeydir.
Argentina dövlət başçısının iti isə sevimli görünüşü ilə fərqlənir. Kristina Fernandes De Kirşnerin köpəyi ağ, yumşaq iti bir neçə il öncə ona Olivos şəhərindən olan seçiciləri hədiyyə ediblər. Saymon ən nadir cinsə məxsusdur - priney dağ iti.
Deyilənlərə görə, ciddi xarakteri, nizam intizamı ilə seçilən dövlət başçısı iti ilə olduqca mülayim olur. Saymona bütün iqamətgahda gəzmək icazəsi verilib. Belə dövlət başçısının iqamətgahının bütün qapıları bu sevimli it üçün açıqdır.
Fransa prezidenti Fransua Ollandın öz "Konisi" var. O, bu itin hədiyyə olduğunu və əvvəlcədən razılaşdırıldığını gizlətməyib. İtin cinsini də özü seçib- lablador. Koni Ollanda təntənəli sürətdə təqdim ediləndə cəmi 2 aylıq idi. Prezident öz küçüyünü File adlandırıb. İndi yaşyarımlıq olan File sanki Putinin ölən Konisinin sürətidir.
Ağ evin qara iti Bo ən məşhur prezident heyvanıdır desək yanılmarıq. Ənənəyə görə, ABŞ dövlət başçılarının hərəsinin öz iti olur. Bir neçə il öncə Barak Obama prezident seçiləndə də onun hansı iti seçəcəyi az qala ölkənin gündəm mövzusuna çevrilmişdi. Onu Obamaya 2009-cu ildə senator Kennedi bağışlamışdı. Bonun adını Obamanın qızları seçiblər. İt onların sevimli musiqiçisi Bo Didlinin şərəfinə adlandırılıb.
ABŞ prezidentlərindən olan Corc Buş da qara balaca sevimli iti ilə tez-tez ictimaiyyət arasında görünürdü. Balaca boyuna baxmayaraq Varni öz sərt davranışı ilə seçilirdi.
Ondan öncə dövlət başçısı olan Bill Klinton ailəsinin isə iki sevimli heyvanı var idi. Pişik Soks və lablador Baddi. Ağ evdə bu iki heyvanı daima bir-birindən uzaqda saxlayıblar. Çünki onlar bir-biri ilə düşmən münasibətində olublar.
Britaniya şahzadəsi hələ gənc yaşlarından istlərə olan sevgisi ilə seçilib. Onun ən sevimli cinsi isə velş-korq olub.
Faşist Almaniyasının lideri olan Adolf Hitler alman ovçarkası Blondidən heç zaman ayrılmayıb. İt ona 1941-ci ildə hədiyyə edilib. O, hətta yeraltı sığınacaqlarına gedəndə belə bu iti özü ilə aparıb. Fevral ayında Hitler sevimli itini, sonra isə özünü zəhərləyib.
Vladimir Lenin uşaqları və pişikləri çox sevirdi.
Mənbə:> ANSPRESS