Avropa İrəvanı boğazladı
Avropa Ermənistan üçün qırmızı işıq yandırdı.Bəlli oldu ki, Ermənistana marağını çoxdan itirmiş Avropa Birliyi (AB) üçün Ermənistan çoxdan cəlbedici ölkə deyil və bu ölkənin iqtisadiyyatına istənilən sərmayədən imtina edib.
Avrasiya İttifaqına daxil olana qədər İrəvanda çoxları ümid edirdilər ki, Avropa burada öz biznesini açacaq və müxtəlif layihələrə sərmayə yatıracaq. "İrates de fakto" qəzeti yazır ki, artıq bu arzular sabun köpüyü kimi partladı.
Qəzet yazdığına görə, ən kədərlisi odur ki, iri Rusiya iş adamları Ermənistanda birgə müəssisə yaratmaqdan və Ermənistanın sənaye potensialına sərmayə qoymaqdan birdəfəlik imtina edirlər. Amma kağız üzərində bəlkə də belə müəssisələr var.
Ermənistan yenə çarəsiz vəziyyətə düşüb. Avropa Birliyinin Ermənistanla əməkdaşlıqdan imtina etməsi bu ölkənin iqtisadiyyatında fəlakətli nəticələr verəcək.
Bir neçə gündən sonra uydurma soyqırımın yüzilliyi üçün İrəvana gəlmiş qonaqlar dağılacaqlar. Ondan sonra hakimiyyətdə olanlar əbədi "Nə etməli?" sualının üzərində baş sındırmalı olacaqlar. Belə olan şəraitdə Ermənistanın iqtisadi və maliyyə durumu ağlar günə qalacaq.
Mənbə:> ANSPRESS