İlham Əliyev Avstriyanın vitse-kansleri ilə görüşdü » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

İlham Əliyev Avstriyanın vitse-kansleri ilə görüşdü

İlham Əliyev Avstriyanın vitse-kansleri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Vyanada Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxe ilə görüşüb.

AzərTAc xəbər verir ki, Avstriyanın vitse-kansleri ilə Bakıda keçirdiyi görüşü məmnuniyyətlə xatırladan dövlətimizin başçısı həmin görüşdə ikitərəfli əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıldığını deyib. Azərbaycan-Avstriya münasibətlərinin, o cümlədən siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev bu ölkəyə səfərinin, həmçinin vitse-kanslerlə görüşünün əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxe ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyev ilə görüşünün və apardığı səmərəli müzakirələrin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verdiyini ifadə edib.

Söhbət zamanı Azərbaycan ilə Avstriya arasında iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsi məqsədilə əməkdaşlıq formatlarının yaradılması təşəbbüslərinə toxunulub, bu çərçivədə iki ölkənin dövlət qurumları və işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Mənbə: AzerTac
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *