Tereza Mey istefaya gedəcəyi vaxtı açıqlayıb
Böyük Britaniyanın baş naziri Tereza Meyin istefaya gedəcəyi vaxt açıqlanıb.
Lenta.ru-nun verdiyi xəbərə görə, bu barədə baş nazirin dəftərxanasından bildirilib.
“Bizim ölkəmizin və partiyamızın düzgün hesab etdiyini həyata keçirmək üçün mən baş nazir vəzifəsini vaxtından öncə tərk etməyə hazıram”,- deyə o bildirib.
T.Mey “Brexit”dən dərhal sonra təmsil etdiyi hökumətlə birgə istefaya gedəcəyinə bəyan edib.
“Brexit” prosesi rəsmən 2019-cu ilin 29 martında başa çatmalı idi. Mayın 23-də isə Avropa Parlamentinə keçiriləcək seçkilərlə əlaqədar Brüssel “Brexit”in mayın 22-dək təxirə salınmasına şərti razılıq verib.
Mənbə:> Lenta.ru