Azərbaycan prezidenti Venesuela səfirinin etimadnaməsini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Venesuela Bolivar Respublikasının, Ruanda Respublikasının və Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran, Ruanda Respublikasının səfiri Vilyams Nkurunziza və Tailand Krallığının səfiri Phantipha İamsudha Ekarohit etimadnamələrini Prezident İlham Əliyevə təqdim ediblər.
Mənbə:> AzərTAc