Merkelin şəxsi məlumatları oğurlandı
Almaniyada Nazirlər Kabinetinin və hakim partiyanın üzvləri, o cümlədən, ölkənin kansleri Angela Merkel və prezident Frank Valter Ştaynmayer haker hücumunun qurbanı olub.
Bu barədə “Bild” nəşri məlumatlı mənbəyə istinadən informasiya yayıb.
Məlumata əsasən, kiberhücumlar ötən ilin oktyabr ayına kimi davam edib. Bununla belə, hücumların nə vaxt başlandığı və kim tərəfindən təşkil olunduğu dəqiq müəyyən edilməyib. Almaniya mediasında virtual hücumlarla bağlı əsas şübhələr Rusiya və Çindən olan haker qruplarına yönəlib.
Hakerlər dövlət məmurlarından oğurladıqları informasiyanın bir hissəsini internetə sızdırıb.
“Bild”in məlumatına görə, kibermüdaxilə zamanı mobil telefon nömrələri, elektron poçt ünvanları, şəxsi və rəsmi yazışmalar, şifrələr, şəxsi fotoşəkillər və dövlət sənədləri oğurlanıb.
Mənbə:> Virtualaz.org