İsrailin təhlükəsizlik qüvvələri tərəfindən bu il 6489 fələstinli saxlanılıb
İsrailin təhlükəsizlik qüvvələri 2018-ci ilin əvvəlindən keçirdiyi reyd və əməliyyatlar zamanı 6489 fələstinlini saxlayıb.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatının hesabatında bildirilir.
Hesabatda qeyd edilir ki, onlardan 1063 nəfəri uşaq və yeniyetmələr, həmçinin 140-ı qadınlardır.
Saxlanılanlar arasında 6 deputat, 38 jurnalist də var. Fələstinlilər İsrailin 22 həbsxanasında və müvəqqəti təcridxanasında saxlanılırlar.
Sənəddə həmçinin qeyd edilir ki, İsrailin həbsxanalarında müddətli cəza çəkənlərin sayı 6 min nəfərə çatıb. Onlardan 34-ü onkoloji xəstəliklərdən əziyyət çəkirlər.
Fələstinli məhbusların 250 nəfəri yeniyetmələr, 54-ü qadınlardır.
Mənbə:> Oxu.Az