Nazarbayev Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı protokolu təsdiqlədi » AzNews.info -Xəbər portalı

Nazarbayev Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı protokolu təsdiqlədi

Nazarbayev Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı protokolu təsdiqlədi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Rusiya Federasiyası ilə “Yerin təkinin istifadəsinə dair suveren hüquqlarını həyata keçirmək məqsədilə Xəzər dənizinin şimal hissəsinin dibinin bölüşdürülməsi haqqında” 1998-ci il iyulun 6-da imzalanmış sazişə protokolun əlavə protokolunun ratifikasiyası ilə bağlı qanunu imzalayıb.

Bu barədə Qazaxıstan prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Protokolun təsdiq olunması nəticəsində tərəflərin müvafiq qurumları Xəzərin Qazaxıstan şelfindəki Kurmanğazı yatağının müqavilə hissəsində bundan sonra da kəşfiyyat işləri yerinə yetirə biləcək.

Əlavə protokolla iki ölkə arasında yaradılacaq birgə müəssisə bütün müqavilə ərazisində kəşfiyyat aparmaq üçün sonradan dörd il uzada bilmək şərtilə altı illik əlavə müddət əldə edir. Bununla yanaşı, məhsulların bölüşdürülməsi haqqında 6 iyul 2005-ci il tarixli sazişdə nəzərdə tutulan müqavilə ərazisi genişləndirilir, adıçəkilən sazişə əlavə sazişin imzalama tarixi də əlavə kəşfiyyat müddətinin başlanğıcı təyin edilir.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *