İran nefti birjada milli valyutaya satılacaq » AzNews.info -Xəbər portalı

İran nefti birjada milli valyutaya satılacaq

İran nefti birjada milli valyutaya satılacaq

İranın enerji birjasında neft müştəriləri neftin pulunu 100% rial şəklində ödəyə bilərlər.

Bu sözləri İran parlamentinin iqtisadiyyat komissiyasının rəhbəri Məhəmməd Rza Puribrahimi deyib.

Onun sözlərinə görə, xam neftin satışı ilə bağlı pulun ödənməsinin sadələşdirilməsi üçün Neft Nazirliyi bir təklifi Ali İqtisadi Koordinasiya Şurasına gətirdi və lazımi araşdırmalardan sonra razılıq əldə olundu ki, enerji birjasında xam neftin pulunun 100% rialla ödənilməsi üçün şərait nəzərdə tutulsun və beləliklə müştərilər üçün yeni imkan yaradılsın.

İran parlamentinin rəsmisi əlavə edib: "İranla iqtisadi dövriyyəsi olan xarici ölkələrin səfirlərinin bir neçəsi ötən bir ay ərzində enerji birjasında İranın Milli Neft Şirkətinin icraçı direktoru və üzvləri ilə bir neçə iclas keçirib və birja vasitəsi ilə neftin satın alınması haqda razılaşmalar əldə olunub".

Puribrahimi deyib ki, müştərilərin vəsaitin ödənməsi ilə bağlı problemləri olub və təklif edirdilər ki, pul nəqlində məhdudiyyətlərə görə, vəsait başqa metodlarla ödənsin. Xoşbəxtlikdən Ali İqtisad Koordinasiya Şurasının təsdiqi ilə neftin pulunun tam şəkildə rialla ödənməsi qəbul edildi.

"Xam neftin enerji birjasında satışa çıxarılması yeni bir təcrübədir. Zamanın keçməsi ilə bu satış metodunun dövriyyəyə daxil olmasını istəyirik. Ümid edirəm ki, növbəti satışlar da tezliklə həyata keçiriləcək"
– deyə o bildirib.

Puribrahimi əlavə edib ki, Milli Neft Şirkəti və Neft Nazirliyi hazır olduqlarını bildirərlərsə, birjanın hazır olduğunu nəzərə alaraq bu həftə birjada neft satışa çıxarılacaq: "Belə olmadığı təqdirdə, Neft Nazirliyinin hazır olduğunu elan etməsi ilə gələn həftələr ərzində neft satışa çıxarılacaq".

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *