Məhkəmə Xədicə İsmayılovanı 26,5 min dollar cərimələdi
1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi Vergilər Nazirliyinin jurnalist Xədicə İsmayılovaya qarşı iddiasını qismən təmin edib, hansı ki, o bunu Qərb KİV-i ilə əməkdaşlığını məhdudlaşdırmaq cəhdi hesab edir.
Virtualaz.org bildirir ki, bu barədə “Kavkazskiy uzel” xəbər yayıb.
“Mənə qarşı iş 2017-ci ilin noyabrında açılıb. Vergilər Nazirliyi mənim bank hesablarımın həbsinə nail oldu və 63 min 138 manatlıq (37 min dollar) vergi borcunu qaytarmağımı tələb etdi.
Guya həmin məbləğin 45 min 145 manatını (26,5 min dollar) mən 2008-ci ilin iyulundan 2010-cu ilin oktyabrına qədər "Azadlıq" radiosunun Bakı bürosunun rəhbəri olduğum dövrdə mənfəət vergisi kimi büdcədən yayındırmışam”, - deyə X.İsmayılova bildirib.
1 saylı Bakı İnzibati İqtisad Məhkəməsindən nəşrə bildiriblər ki, Vergilər Nazirliyinin iddiası qismən təmin edilib və Xədicə İsmayılovanın üzərinə dövlətə 45 143 manat 63 qəpik (26,5 min dollar) ödəmək öhdəliyi qoyulub.
Xatırladaq ki, X.İsmayılovanın "Kapitalbank" kommersiya bankındakı hesabları 2017-ci ilin noyabr ayında bloklanıb. Hesabın məhkəmə vasitəsilə həbs olunmasını Azərbaycan Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti xahiş edib.
Mənbə:> Virtualaz.org