Tatevik Revazyan və Arif Məmmədov qəhvə içib ayrıldılar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Tatevik Revazyan və Arif Məmmədov qəhvə içib ayrıldılar

Tatevik Revazyan və Arif Məmmədov qəhvə içib ayrıldılar

Ermənistan Mülki Aviasiya Komitəsinin başçısı Tatevik Revazyan Parisə, Brüsselə və Kopenhagenə 12 gündlük ezamiyyəti zamanı Azərbaycandan olan həmkarı Arif Məmmədovla görüşündən danışıb.

Virtualaz.org-un erməni KİV-ə istinadən məlumatına görə, Revazyan izah edib ki, Azərbaycandan olan həmkarı ilə tanışlıq müxtəlif ölkələrin mülki aviasiya komitələri başçılarının görüşü çərçivəsində olub. O planlaşdırılmamış görüş olub, onlar qəhvə içiblər, tanış olublar və hər hansı məsələni müzakirə etməyiblər.

"Təsəvvür edirsiniz, müxtəlif dövlətlərin başçılarının otağında, mən qaçıram və görürəm ki, Azərbaycan Mülki Aviasiyasının başçısı orada iştirak edir, biz isə yox. Biz uçuşların təhlükəsizliyi ilə məşğul oluruq və göstərmək hüququna malik deyilik ki, burada siyasətə yer var", - Revazyan "Yerkir.am" nəşrinə deyib.

Ermənistan Mülki Aviasiya Komitəsinin başçısı qeyd edib ki, təhlükəsizlik mülahizələrindən çıxış edərək həm Türkiyə, həm də Azərbaycanla normal münasibətləri saxlamaq lazımdır, çünki təyyarələr onların ərazisi vasitəsilə uçur.

Tatevik Revazyan həmçinin əlavə edib ki, Məmmədovla birlikdə onlar təyyarələrin Qarabağa uçuşlarını müzakirə etməyiblər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *