ABŞ-dan dollarla bağlı mühüm qərar
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) Açıq Bazar Əməliyyatları Komitəsinin 2 günlük iclası başa çatıb.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, iclasın yekununda uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 2-2,25%-dən 2,25-2,5%-ə çatdırılmasına qərar verilib.
Qeyd edək ki, 2018-ci ildə baza faiz dərəcəsi bundan əvvəl martda, iyunda və sentyabrda artırılıb. 2017-ci ildə FES baza faiz dərəcəsini 3 dəfə, 2016 və 2015-ci illərdə isə 1 dəfə artırıb.
Mənbə:> Virtualaz.org