Paşinyan Sarkisyanın işdən çıxardığı generalı özünə müşavir təyin etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Paşinyan Sarkisyanın işdən çıxardığı generalı özünə müşavir təyin etdi

Paşinyan Sarkisyanın işdən çıxardığı generalı özünə müşavir təyin etdi

Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan general-mayor Arşak Karapetyanın Nazirlər Kabineti başçısının müşaviri təyin olunması barədə sərəncam imzalayıb.

Virtualaz.org bildirir ki, xəbəri Rusarminfo yayıb.

İnformasiyaya əsasən, Arşak Karapetyan Nikol Paşinyan administrasiyasında təhlükəsizlik məsələlərinə nəzarət edəcək.

A.Karapetyan 2018-ci ilin fevralından indiyədək Ermənistanın Rusiyadakı səfirliyi yanında hərbi attaşe vəzifəsini tuturdu.

Nəşr xatırladır ki, 2016-cı ilin aprelindəki Qarabağ döyüşləri vaxtı Karapetyan Ermənistan silahlı qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinə rəhbərlik edirdi və həmin hadisələrdən dərhal sonra tutduğu vəzifədən kənarlaşdırılmışdı. Onda Karapetyandan başqa, Baş Qərargahın digər vəzifəli şəxsləri də öz postları ilə vidalaşmalı olmuşdular.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *