Qarabağdakı rejimin daxilində çaxnaşma başladı, Mnatsakanyan işdən çıxarıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Qarabağdakı rejimin daxilində çaxnaşma başladı, Mnatsakanyan işdən çıxarıldı

Qarabağdakı rejimin daxilində çaxnaşma başladı, Mnatsakanyan işdən çıxarıldı

Dağlıq Qarabağdakı qondarma rejimin administrasiyasının “aparat rəhbərinin müavini” David Babayan “müdafiə naziri” Levon Mnatsakanyanın, “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanın və “prezidentin müşaviri” Arşavir Qaramyanın istefası barədə xəbərləri nə təsdiq, nə təkzib edib. Virtualaz.org “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, David Babayan “istefalar barədə rəsmi xəbərlərin olmadığı bir vaxtda əlavə gərginlik yaratmamağa” çağırıb. Amma belə istefaların olub-olmadığını dəqiqləşdirməyib. Bildirib ki, rəsmi məlumat olan kimi yayılacaq.

Levon Mnatsakanyan isə bildirib ki, onun özü istefa barədə raport yazmayıb. Mnatsakanyan istefası barədə yayılan xəbərlərin səbəbinin ona aydın olmadığını deyib. Eyni zamanda könüllü raport yazmadığı halda işdən əmrlə uzaqlaşdırıla biləcəyini də dəqiqləşdirməyib.

* * *10:57

Dağlıq Qarabağdakı qondarma rejimin daxilində ciddi çaxnaşmaların başladığı barədə məlumatlar yayılıb.

Virtualaz.org xəbər verir ki, Ermənistanda nəşr edilən “Qraparak” qəzetinin yazdığına görə Dağlıq Qarabağın qondarma “müdafiə naziri” Levon Mnatsakanyan vəzifəsindən azad edilib. Onun yerinə separatçı rejimin “silahlı qüvvələrinin baş qərargah rəisi” Karen Abramyan təyin olunub.

Qarabağdakı rejimin daxilində çaxnaşma başladı, Mnatsakanyan işdən çıxarıldı


Qəzetin yazdığına görə “təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyan da tezliklə işdən çıxarılacaq. Habelə qondarma rejimin başçısı Bako Saakyanın müşaviri Arşavir Qaramyanın da işdən çıxarılacağı gözlənilir. İşdən çıxarılanlar və çıxarılması gözlənilənlər hamısı Ermənistanın baş naziri Nikol Paşinyanın qəzəbinə tuş gələnlərdir.

O da bildirilir ki, “DQR”in qondarma keçmiş “baş naziri” Araik Arutyunyan hazırda Moskvadadır. İstisna deyil ki, erməni hakimiyyəti, eləcə də Moskva onu Bako Saakyanın yerinə namizəd kimi nəzərdən keçirir. Bildirilir ki, Arutyunyan Ermənistanın yeni hakimiyyətinə qarşı özünü “düzgün aparıb”.

Qarabağdakı rejimin daxilində çaxnaşma başladı, Mnatsakanyan işdən çıxarıldı


Qondarma “DQR müdafiə nazirliyinin” mətbuat katibi Senor Həsrətyan Levon Mnatsakanyanın işdən çıxarıldığı haqda məlumatlı olmadığını bildirib. “Əgər belə şey olacaqsa rəsmi məlumat yayılacaq”-o deyib. Hərçənd Mnatsakanyanın işdən çıxarıldığı haqda xəbərlər sosial şəbəkələrin erməni seqmentində də yayılmaqdadır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *