Ukraynada döyüş qızışdı
"Ötən gün axşam saatlarında Luqanskda güc strukturları ilə silahlı birləşmələr arasında qarşıdurma baş verib".
ANS PRESS-in məlumatına görə, bu barədə ATO-nun (antiterror əməliyyatları) mətbuata açıqlamasında qeyd edilib. Son məlumatlara görə, ATO-nun əməliyyatlarından sonra qarşı tərəf geri çəkilməyə məcbur olub.
Bundan başqa, mətbuat mərkəzindən verilən məlumata görə, Luqansk vilayətinin Nijni qəsəbəsi yaxınlığında Ukrayna ordusunun mövqeləri atəşə məruz qalıb. Donetskdə də atəşkəs rejimi pozulub.
ATO-nun yaydığı məlumatda qeyd edilir ki, qarşı tərəfin təxribatlarına baxmayaraq antiterror əməliyyatları qüvvələri öz mövqelərində qalıb və təxribatlara uymayıb. Ukraynalı hərbçilər sülhə və əldə edilən sazişlərin yerinə yetirilməsinə səy göstərirlər.
Mənbə:> ANSPRESS