Özbəkistan OPEC-də müşahidəçi statusu alıb » AzNews.info -Xəbər portalı

Özbəkistan OPEC-də müşahidəçi statusu alıb

Özbəkistan OPEC-də müşahidəçi statusu alıb

Özbəkistan Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) müşahidəçi statusu alıb.

"Report" xəbər verir ki, bu barədə OPEC konfransının sədri, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheyl əl-Məzrui xəbər verib.

Onun sözlərinə görə, Özbəkistandan başqa, Çad və Cənubi Afrika, eləcə də Afrika Neft İstehsalçıları Assosiasiyası bu təşkilatda müşahidəçi statusu əldə ediblər.

"Bizə bu gün müşahidəçi qismində qoşulmuş yeni qeyri-OPEC neft istehsalçılarına minnətdarlığımı bildirmək istərdim”, - deyə energetika naziri bildirib.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *