Cənubi Koreyada general intihar etdi
Cənubi Koreya ordusunun müdafiə-təhlükəsizlik komandanlığının keçmiş rəhbəri Li Ce-su Seulun Sonpa rayonunda yerli vaxtla saat 14:48-də intihar edib.
Virtualaz.org yerli KİV-ə istinadən xatırladır ki, 60 yaşlı general 2014-cü ildə gəmi qəzasında həlak olmuş 300 nəfərdən çox insanın yaxınlarının qeyri-qanuni müşahidəsinin təşkilində ittiham olunaraq istintaqa cəlb olunmuşdu.
Prokurorluq onu tabeçiliyindəki zabitlərə ictimaiyyətdə mənfi rəy yaratmaqdan ötrü gəmi qəzasında ölənlərin yaxınları haqqında mümkün neqativ məlumatları toplamağı əmr etməkdə ittiham edirdi. Prokurorluq ordunun müdafiə-təhlükəsizlik komandanlığının bu işə ölkənin keçmiş prezidenti Park Kın-hyenin istəyi ilə başladığını güman edir.
Mənbə:> Virtualaz.org