Azərbaycanda yaxalanan erməni diversanta görə Ermənistanda yolu bağladılar » AzNews.info -Xəbər portalı

Azərbaycanda yaxalanan erməni diversanta görə Ermənistanda yolu bağladılar

Azərbaycanda yaxalanan erməni diversanta görə Ermənistanda yolu bağladılar

Ermənistanın Tavuş vilayətində yerləşən Berdavan şəhərinin sakinləri noyabrın 18-də yolu bağlayaraq, hakimiyyətdən 4 aydan bəri Azərbaycanda saxlanılan 34 yaşlı Karen Kazaryanın geri qaytarılmasını tələb ediblər.

Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, etirazçılarla Tavuş vilayətinin qubernatoru Vahe Kalumyan danışıqlar aparıb. O, insanları sakitləşdirərək izah etməyə çalışıb ki, hakimiyyət Kazaryanın geri qaytarılması üçün səylərini əsirgəmir.

Karen Kazaryanın anası deyib ki, onların etiraz aksiyası keçirməkdən başqa çarəsi yoxdur. “Mənim günahsız oğlumu Azərbaycanda diversant elan ediblər”, - o bildirib.

Dünən isə Berdavan sakinləri Gürcüstana gedən yolu bir neçə saat bağlı saxlayıblar.

Xatırladaq ki, diversant Karen Kazaryan iyulun 15-də Azərbaycan tərəfinə keçərkən saxlanılıb.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *