İlham Əliyev Azərbaycanın Rumıniyadakı səfirini dəyişdi
Prezident İlham Əliyev Hüseyn Nizami oğlu Nəcəfovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Fərid Şamil oğlu Abdinbəyov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Mənbə:> Virtualaz.org