Polşa vətəndaşının adı Azərbaycan XİN-in "qara siyahısı”ndan çıxarılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Polşa vətəndaşının adı Azərbaycan XİN-in "qara siyahısı”ndan çıxarılıb

 Polşa vətəndaşının adı Azərbaycan XİN-in "qara siyahısı”ndan çıxarılıb

Polşa vətəndaşı, “Publicis Sp. Z.o.o.” şirkətinin rəhbəri Mateuş Lisovski Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, məktubunda o, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də qanun və qaydalarına tam hörmət etdiyini bildirərək, Ermənistan vasitəsilə ölkəmizin ərazilərinə səfərinin niyyətli olmadığını və bu səfərin nəticələrindən məlumatsız olduğunu qeyd edib.

Daha sonra, M.Lisovski uzunmüddətli münaqişənin nəticəsindən başqa bir şey olmayan Azərbaycanın ərazilərinə səfərinin heç bir halda bu bölgədə yaradılmış qanunsuz rejimin təşviqinə xidmət etmədiyini xüsusilə vurğulamışdır. Azərbaycan hökumətindən və xalqından icazəsiz səfərinə görə üzr istəyən M.Lisovski gələcəkdə belə səfərlərdən çəkinəcəyini, adının “Arzuolunmaz şəxslərin siyahısı”ndan çıxarılmasını və ölkəmizə səfər üçün müvafiq icazəsinin verilməsini xahiş edib.

M.Lisovskinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *