Tramp KİV-i “insanların düşməni” adlandırdı
ABŞ prezidenti Donald Tramp yenidən kütləvi informasiya vasitələrini tənqid edib.
Virtualaz.org bildirir ki, bu barədə o öz “Tvitter” bloqunda yazıb.
Onun sözlərinə görə, mətbuat orqanları respublikaçıları, mühafizəkarları və şəxsən onu ölkədəki bütün mövcud problemlərdə günahlandırmaq üçün əllərindən gələni edirlər.
Pittsburqda baş vermiş terror aktından bəhs edən Tramp KİV-i “insanların düşməni” adlandırıb: “Ölkəmizdə saxta və yalan xəbərlərlə yaradılmış qəzəb hökm sürür. KİV açıq düşmənçiliyə son qoymalı və xəbərləri düzgün, ədalətli çatdırmalıdır”.
Xatırladaq ki, D.Tramp KİV-i bundan əvvəl də dəfələrlə kəskin tənqid edib.
Mənbə:> Virtualaz.org