Azərbaycan tərcüməçisinin səhvi rublun məzənnəsinin kəskin artmasına səbəb oldu
“İnterfaks” xəbər verir ki, Azərbaycan tərcüməçisinin səhvi nəticəsində Rusiya rublunun məzənnəsi hərraclarda kəskin artıb.
Virtualaz.org RuPosters-ə istinadən bildirir ki, səhv sitatı birinci bu portal dərc edib.
Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycana baş çəkmişdi. Bakıda brifinqdə çıxış edərkən o bildirmişdi ki, "ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə baxmır". Sonra aydınlaşıb ki, ABŞ nümayəndəsi az qala bunun əksini deyibmiş, ancaq Azərbaycan dilinə tərcümədə sitat təhrif olunub.
"Biz hərəkətləri, hansılar ki, kimyəvi silahların tətbiqi haqqında qanunvericiliyə uyğun olaraq təşəbbüs etməyə məcbur edilə bilərik, öyrənməyə davam edirik. Hal-hazırda qərar qəbul edilməyib", - “Bloomberg” onun əsl ifadəsini sitat gətirib.
Nəticədə rubl demək olar ki, 70 qəpik bahalaşıb, dolların məzənnəsi 65 rubl aşağı düşüb. "Əmanət bank"ın səhmləri 4%, VTB-nin aksiyaları isə 2% artıb.
Mənbə:> Virtualaz.org