Fransa səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Fransa səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı

Fransa səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı

Fransanın ölkəmizdəki səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə virtualaz.org-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Səfirə Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyinə və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilmiş qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib.

Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətləndirmə verilib. Fransa hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb və qarşı tərəfə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi notası təqdim olunub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *