Erməni polislər Qarabağda xidmət etmək istəmir
Ermənistan daxili qoşunlarında narazılıq hökm sürür.
Oxu.Az Yerevanın “Qraparak” nəşrinə istinadla xəbər verir ki, köhnə Ermənistanda yüngül şərtlər altında işləyən polislər yeni şərtlərə - sərhəddə xidmət etməyə uyğunlaşa bilmirlər.
Bu ilin avqustundan baş nazir Nikol Paşinyanın qərarı ilə daxili qoşunların polis bölmələri 15 günlük işğal edilmiş Qarabağda xidmət etməlidirlər. Qəzet bildirib ki, onları Azərbaycan-Ermənistan sərhədinin ən təhlükəli yerlərinə göndərirlər.
“Bizdə olan məlumata görə, onlarla polis müqaviləni pozaraq, sistemdən uzaqlaşıblar. Onlar bu xidmətə görə veriləcək 32 min dram maaşdan da imtina edirlər”, - qəzet yazıb.
Mənbə:> Oxu.Az