Ziyafət Əsgərov: "Parlamentin kifayət qədər səlahiyyətləri var"
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədovun “Onsuz da Milli Məclisin əksər səlahiyyətləri əlindən alınıb, heç olmaya medal təsis edilsin, layiq olanlar təltif olunsun. Parlamentdə 15-20 ildir ki, deputat olanlar var, biz onların əməyini qiymətləndirə bilmirik? Bu cür addımlar Milli Məclis üzvlərinə hörmət gətirmir” fikirlərinə münasibət bildirib.
Z.Əsgərov deyib ki, Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı xatirə medalı təsis edilib və Milli Məclisin bütün üzvlərinə verilib.
O qeyd edib ki, “Milli Məclisin səlahiyyətləri əlindən alınıb” fikri ilə razı deyil: “Parlamentin kifayət qədər səlahiyyətləri var, bundan da istifadə edir. Milli Məclisin səlahiyyətləri Konstitusiya ilə təsbit olunub.O ki qaldı Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr edilən medalın təsis edilməsi məsələsi, bunu müzakirə etmək olar”.
Mənbə:> Report