Paşinyan Ermənistanda əksinqilab barədə bəyanat verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Video

Paşinyan Ermənistanda əksinqilab barədə bəyanat verdi – YENİLƏNİB – VİDEO

Paşinyan Ermənistanda əksinqilab barədə bəyanat verdi

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin önünə toplaşmış etirazçılara müraciət edib.

Virtualaz.org Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan deyib: “Bu səsvermə və qanun layihəsinin dövriyyəyə buraxılması ilə Ermənistanın Respublikaçılar Partiyası və ona dəstəkçi olan qüvvələr rəsmən Ermənistanda əksinqilab elan ediblər. Əksinqilabın Ermənistanda şansı yoxdur, çünki heç kim xalqın qələbəsini onun əlindən ala bilməz”.

Bundan sonra baş nazir bildirib ki, ERP digər əksinqilabçı qüvvələrlə birlikdə ölkənin siyasi həyatından qoparılmalıdır.

* * *21:43

Xəbər verdiyimiz kimi, Ermənistan parlamenti qanunvericilik orqanının buraxılmasına yol verməyən və beləliklə də, növbədənkənar parlament seçkilərini mümkünsüz edən qərar qəbul edib.

Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bundan sonra etiraz edənlər parlament binasına giriş-çıxışı bağlayıblar.

Etiraz edənlərin qarşısına fəaliyyətdə olan baş nazir Nikol Paşinyan çıxıb. Bildirilir ki, etirazçıları parlament önünə daha öncə elə Paşinyan özü çağırıb. Eyni zamanda, Paşinyan “xalqın əleyhinə getməyi lazım bilməyən” deputatları parlamentə getməməyə çağırıb.

“İndi Baqramyan, 26-da yerləşən öz kabinetimə gedəcəyəm, çox vacib işim var. Sonra bura qayıdacağam”, - Paşinyan toplaşanlara deyib.

Qeyd olunur ki, deputatlar Yerevan sakinlərinin əhatəyə aldığı binanı tərk edə bilmir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *