Ruhani ABŞ-ı danışıqlar masasına dəvət etdi
İran prezidenti Həsən Ruhani ABŞ-ı danışıqlar masasına qayıtmağa çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Razıyıq ki, dialoqdan yaxşı yol yoxdur. Biz sizi tərk etdiyiniz danışıqlar masasına qayıtmağa dəvət edirik”, - deyə o vurğulayıb.
Bununla yanaşı Ruhani qeyd edib ki, dialoq təhdid və ədalətsiz sanksiyalara son qoyulmasından başlayır:
“İranın tələbləri bəllidir: heç bir müharibə, heç bir sanksiya, heç bir təhdid”.
Mənbə:> Oxu.Az