"Bunlar Elçibəyin ömrünün bir anına belə dəyməyən miskin varlıqlardır" - Daha bir deputatdan "Tolik"ə SƏRT CAVAB » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Maqazin

"Bunlar Elçibəyin ömrünün bir anına belə dəyməyən miskin varlıqlardır" - Daha bir deputatdan "Tolik"ə SƏRT CAVAB

 "Bunlar Elçibəyin ömrünün bir anına belə dəyməyən miskin varlıqlardır" - Daha bir deputatdan "Tolik"ə SƏRT CAVAB


Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa "Xəzər" televiziyasının aparıcısı, "Tolik" kimi tanınan prodüser Tarix Əliyev Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyi təhqir etməsinə sərt münasibət bildirib.


F.Mustafa Demokrat.Az-a açıqlamasında deyib ki, Tarix Əliyev Əbülfəz Elçibəyi təhqir etdiyi üçün onun ailəsindən və Azərbaycan xalqından üzr istəməlidir:


"Əgər onun bu hərəkətləri Azərbaycan qanunlarının tələblərini pozursa, bu şəxs cəzalandırılmalıdır. Onun bu cür tərbiyyəsiz hərəkətləri yolverilməzdir".


Deputat müxtəlif vaxtlarda Əbülfəz Elçibəyin onu qəbul etməyən, fikirlərini bəyənməyənlər tərəfindən təhqirlərə, tərbiyəsizliklərə yol verildiyini söyləyib:


“Zaman da həmin tərbiyəsizliyi, təhqiri o adamların öz üzərinə çevirib. Ona görə də bunların üzərində çox durmaq lazım deyil. O insanı, onun dünyagörüşünü qəbul edib-etməmək adamın öz seçimidir. Amma bu əsas vermir ki, sən o insanı təhqir edib alçaldasan. Vəfat etmiş şəxslər haqqında bu formada gedən danışıqlar insanın mədəni formasının təzahürüdür. Ona görə də belə məsələləri ictimai qınağın öhdəsinə buraxmaq lazımdır. Ən azı Avropada, Amerikada ölkənin rəhbəri olmuş şəxs haqqında etikadan kənar söz, ifadə, davarnış, münasibət sərgiləməməyə çalışırlar. Bu, qınanılası haldır. Hesab edirəm ki, ictimai qınaq öz təsirini göstərəcək. Azərbaycanda belədir də, kim kiminsə himayəsi altındadırsa, elə bilir hər mövzuya girişib fikir bildirə bilər. Amma qınaq olsa, başqaları bundan ibrət götürüb belə səhvə yol verməzlər.

Maraqlıdır ki, bizən bizdə Əbülfəz Elçibəyə, Məhəmməd Əmin Rəsulzadəyə bu cür aşağılayıcı münasibətlər olur. Rəsulzadə haqqında da bu cür hədyan danışanlar ortaya çıxır. Amma baxırsan ki, onu yazanlar Rəsulzadənin, Elçibəyin ömrünün bir anına belə dəyməyən miskin varlıqlar, kimliklərdir. Cəmiyyətdə bu tendensiyanı durdurmaq lazımdır. Bu gün Azərbaycanın ayaq üstə dayanmasında rolu olan və rəhmətə getmiş üç siyasi fenomen var. Bunlardan biri Məhəmməd Əmin Rəsulzadə, ikincisi Əbülfəz Elçibəy, üçüncüsü Heydər Əliyevdir. Bu üçü ilə bağlı diqqətli olmaq lazımdır. Onlar dövlət quruculuğu yolunda möhür vurmuş şəxsiyyətlər olduğuna görə təftiş, tənqid etmək, baxışlarını yeni prizmadan dəyərləndirmək olar. Amma təhqir etmək, ədəbsizlik yolverilməzdir”.

Mənbə: Demokrat.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *