ABŞ səfirliyinə hücum edən şəxslər FETÖ-çu çıxdı
ABŞ-ın Ankaradakı səfirliyinə hücum edən və bunu spirtli içkinin təsirindən etdiklərini iddia edən şəxslər FETÖ-çu çıxıb.
AzNews.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Yeni Akit” qəzeti yayıb.
Məlumata görə, 6 dəfə atəş açan Əhməd Çəliktən və Osman Gündaş hadisədən 12 saat sonra həbs edilib.
Hər iki şəxsin mobil telefonlarının və sosial hesablarının araşdırılması zamanı FETÖ ilə əlaqələri olduğu məlum olub.
Onlar sosial media hesablarında FETÖ terror təşkilatına dəstək məqsədi ilə bir neçə status və görüntülər paylaşaraq, onların yanında olduqlarını bildiriblər.
Mənbə:> Axar.az