CNN: Çin ABŞ-a hücum etməyə hazırlaşır
“CNN International” Çinin yüksək mənzilli raketlər və nüvə bonbardiman təyyarələri ilə ABŞ-a hücum etməyə hazırlaşması ilə bağlı xəbər yayıb. ABŞ Müdafiə Nazirliyinin Konqresə göndərdiyi məlumatda Çinin 3 ildir ki, ABŞ və onun müttəfiqlərini vurmaq üçün hücum qabiliyyətini artırdığı qeyd olunur.
Virtualaz.org-un məlumatına görə, mənbə həmçinin Pekinin Cənubi Çin dənizində Birləşmiş Ştatlara hücum üçün təlimatlandırılmış yüksək səviyyəli nüvə bombardmançı təyyarələrini yerləşdirdiyini bildirir.
Qeyd edilir ki, ilin əvvəlində ABŞ tərəfindən hazırlanan yeni Müdafiə Strategiyasında Çin ilə uzunmüddətli strateji rəqabətin əhəmiyyəti olduğu bildirilirdi. Pentaqon hesab edir ki, Çinin 2017-ci ildəki müdafiə xərcləri 190 milyard dolları aşıb.
Mənbənin yazdığına görə, Cənubi Çin dənizinə dair iddialarla bağlı ABŞ və Çin arasında münasibətlər son zamanlarda gərgin vəziyyətdədir. Çin, demək olar ki, bütün Cənubi Çin dənizi üzərində hökümranlıq etmək istəyir, amma Bruney, Malayziya, Filippin, Tayvan və Vyetnam buna etiraz edirlər.
Çin ABŞ-ın etiraz xəbərdarlıqlarına baxmayaraq may ayında ilk dəfə Vudey və Paracel adalarına bombardman təyyarələri göndərdi. İki ABŞ döyüş gəmisi Cənub Çin dənizində Pekini qorxutduqda isə Çin döyüş gəmiləri və təyyarələrini bölgəyə gətirdi və ABŞ-a xəbərdarlıq etdi.
Ötən həftə sonu ABŞ və Çin arasında Cənubi Çin dənizində daha bir gərginlik yaşandı. ABŞ Donanmasına məxsus kəşfiyyat təyyarəsi Cənubi Çin dənizindən keçərək Çinə xəbərdar etdi.
CNN-in xəbərində deyilir: “ABŞ hərbi təyyarələri, bu Çindir. Yanlışlıqların qarşısını almaq üçün dərhal çıxın və uzaq durun”. Bu xəbərdarlıqlara cavab olaraq ABŞ kəşfiyyat təyyarəsi "bu, ABŞ Dəniz Qüvvələrinə məxsus beynəlxalq hüquqa uyğun olaraq bütün dövlətlərin hüquq və vəzifələrinə tam hörmətlə yanaşan, qanuni hərbi əməliyyatlar həyata keçirən təyyarəsidir" ifadəsini işlədib.
Mənbə:> Virtualaz.org