İlham Əliyevdən icra başçısı ilə bağlı qərar: 4 sərəncam, 1 fərman
Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
Xeberci.org xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Eldar Əzizov Bakı Şəhər İH başçısının müavini təyin olunub.
Bakı Şəhər İH-dən verilən məlumata görə, E.Əzizov bu gün vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, E.Əzizov buna qədər Bakının Səbail rayonunun İH başçısı vəzifəsində çalışıb.
Xatırladaq ki, hələlik Bakı şəhər İH başçısı vəzifəsinə təyinat yoxdur.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
***
İlham Əliyev Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin yaranmasının 20 illiyi münasibətilə, mina təhlükəsi ilə mübarizə sahəsində xüsusi xidmətlərinə və vəzifə borclarını yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin aşağıdakı işçiləri təltif edilsinlər:
3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə
Əhmədov Qəzənfər Rövşən oğlu
"Vətən uğrunda” medalı ilə
İsmayılov İdris Şahin oğlu
"İgidliyə görə” medalı ilə
Aslanov Həzi Əşir oğlu
Məmmədov Musa Nüsrət oğlu
"Tərəqqi” medalı ilə
Allahverdiyev Mayıs Yusif oğlu
Babayev Habil İsmayıl oğlu
Cəfərov Ehtiram Rəşid oğlu
Cəlalov Musa Seyidəli oğlu
Əzizov Ramil Arif oğlu
Gidayev Pərviz İsa oğlu
Həsənov Alı Kamal oğlu
Həsənov İlyas İbrahim oğlu
Hüseynov Azər Fehruz oğlu
İsayev Raqif Deputat oğlu
Sadıxov Etibar Tofiq oğlu
Mansırov Hətəm Mansır oğlu
Məmmədov Asəf Cəmil oğlu
Səfərov Sabir Xıdır oğlu
Tağıyev Əli Məzahir oğlu
Talıbov Eldar Cəfər oğlu.
***
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 7 may tarixli 160 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsi”nin 5.4-cü bəndinə uyğun olaraq qərara alıram:
1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin edilsinlər:
Həsənov Əli Məhəmmədəli oğlu - Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri
Bayramov Ceyhun Əziz oğlu - Azərbaycan Respublikasının təhsil naziri
Qarayev Əbülfəs Mürsəl oğlu - Azərbaycan Respublikasının mədəniyyət naziri
Rəhimov Azad Arif oğlu - Azərbaycan Respublikasının gənclər və idman naziri
Hüseynova Hicran Kamran qızı - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Qurbanlı Mübariz Qəhrəman oğlu - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Amaşov Əflatun Əhməd oğlu - Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı.
2. "Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 iyul tarixli 651 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 878) ləğv edilsin.
***
Fərman:
"İcarə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1204-VQD nömrəli Qanununun tətbiqi haqqında;
Mənbə:> Xeberci.org