ABŞ mühacirləri aldatdı
Gələcəkdə vətəndaşlıq almaq üçün xüsusi proqram üzrə ABŞ ordusuna yazılan mühacirləri hərbi qulluqdan kənarlaşdırmağa başlayıblar.
Bu barədə Oxu.Az “Associated Press”ə istinadla xəbər verir.
ABŞ ordusuna xüsusi proqram (vətəndaşlıq müqabilində xidmət) üzrə qəbul edilən ən azından 40 nəfər qulluqdan kənarlaşdırılıb.
Hazırda onların statusu qeyri-müəyyəndir.
Ordudan kənarlaşdırılan mühacirlərə bu addımın səbəbi izah edilməyib. Xüsusi inad göstərənlərə isə bildirilib ki, onların xarici ölkələrdə qohumları yaşayır və onlar milli təhlükəsizliyi təhdid edirlər.
Bəzi mühacirlər ordunu məhkəməyə veriblər.
Pentaqon məsələyə münasibət bildirməyib.
Qeyd edək ki, hazırda təqribən 10 min mühacir sözügedən proqramın iştirakçısıdır.
Mənbə:> Oxu.Az