Ermənistanda seçkiləri saxtalaşdırıb xalqa atəş açanların həbsi başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ermənistanda seçkiləri saxtalaşdırıb xalqa atəş açanların həbsi başladı

Ermənistanda seçkiləri saxtalaşdırıb xalqa atəş açanların həbsi başladı

Ermənistanın keçmiş müdafiə naziri, general-polkovnik Mikael Arutyunyan Yerevanda 2008-ci il martın 1-də prezident seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq küçələrə çıxan nümayişçilərə qarşı ordudan istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Arutyunyan konstitusion quruluşu devirməkdə ittiham edilir və prokurorluq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsadət verib. Lakin general Arutyunyanın yerini müəyyən etmək mümkün olmayıb və barəsində axtarış elan edilib. Məlumatı Ermənistanın Xüsusi İstintaq Xidməti yayıb.

Məlumatda deyilir ki, bu gün Arutyunyana və digərlərinə qarşı 2008-ci il fevralın 23-dən martın 2-nə qədər Ermənistanda konstitusion quruluşun devrilməsi ittihamı ilə cinayət işi başladılıb. Bu cinayət işi 2008-ci il martın 1-də və 2-də Yerevanda baş vermiş hadisələrin, yəni nümayişçilərə atəş açılması üzrə cinayət işinin istintaqına birləşdirilib. Arutyunyan digər vəzifəli şəxslərlə əlbir olaraq konstitusion quruluşu devirməkdə ittiham olunur.

Ermənistanda seçkiləri saxtalaşdırıb xalqa atəş açanların həbsi başladı


Xüsusi İstintaq Xidməti bildirir ki, 2008-ci il 19 fevral prezident seçkilərinə hazırlıq və seçkilərin keçirilməsi zamanı Konstitusiyanın 4-cü maddəsini-xalqın azad seçkilər yolu ilə öz hakimiyyətini formalaşdırmaq hüququnu pozub. Belə ki, seçki prosesində müxtəlif ictimai təşkilatlar və vətəndaşlar tərəfindən prezidentliyə namizəd Serj Sərkisyanın və o vaxtkı prezident Robert Köçəryanın tərəfdaşlarının yol verdiyi çoxsaylı pozuntular qeydə alınıb. Bu kütləvi pozuntular, seçkilərin saxtalaşdırılması kütləvi hiddətə səbəb olub və fevralın 20-dən etibarən fasiləsiz etiraz aksiyaları təşkil edilib.

O vaxtkı hakimiyyət bu etirazlardan ciddi narahat olub. M.Arutyunyan və digər yüksək vəzifəli şəxslər Ermənistan ordusunun ancaq təhlükəsizliyi, müdafiəni və ərazi bütövlüyünü təmin etməli olduğu haqda konstitusiya maddəsinin tələblərini pozublar. Habelə ölkəyə hərbi hücum, birbaşa müharibə təhdidi və ya müharibə elan edilməsi halında hərbi vəziyyətin prezident tərəfindən elan edilməli olduğu, yalnız bundan sonra silahlı qüvvələrdən istifadə haqda əmr verilə biləcəyi haqda maddə pozulub. M.Arutyunyan və digər vəzifəli şəxslər konstitusiyanı pozaraq Ermənistanda hərbi vəziyyət elan ediblər, silahlı qüvvələr isə mitinqlərdə iştirak edən vətəndaşlara qarşı tətbiq olunub.

Ermənistanda seçkiləri saxtalaşdırıb xalqa atəş açanların həbsi başladı


2008-ci il fevralın 23-də müdafiə naziri “tam məxfi” qrifi altında əmr imzalayıb. Həmin əmrdə “ali baş komandan tərəfindən qoyulmuş vəzifələrin yerinə yetirilməsi” barədə bəhs edilir. Əmrə əsasən dinc nümayişçilər “prezident seçkilərinin nəticələrini qəbul etməyən və vəziyyəti gərginləşdirən siyasi qüvvələr” adlandırılır. “Ölkənin təbii inkişafını təmin etmək üçün” silahlı qüvvələrin bütün heyəti kazarma vəziyyətinə gətirilib, zabit qrupları yaradılıb, mürəkkəb vəzifələri yerinə yetirmək üçün bölmələr ayrılıb, atıcı silahlar verilib.

Martın 1-də səhər saatlarında polis Yerevanın Azadlıq meydanında gecələyən nümayişçiləri təmizləmək üçün əməliyyat keçirib, bundan sonra nümayişçilər Myasnikyan heykəlinin yanında toplaşıb. Martın 1-də axşam polis və ordu bölmələri silah, partlayıcı maddə tətbiq etməklə nümayişçiləri dağıdıb, nəticədə 8 mülki şəxs, 2 polis həlak olub, yüzlərlə adam yaralanıb.

Ermənistanda seçkiləri saxtalaşdırıb xalqa atəş açanların həbsi başladı


General-polkovnik Mikael Arutyunyan 1946-cı ildə Azərbaycanın Şamaxı rayonunda anadan olub, 1963-1967-ci illərdə Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində təhsil alıb. Sonradan sovet ordusunda xidmətə başlayıb, Zaqafqaziya Hərbi Dairəsinin 7-ci ordu korpusunun kəşfiyyat rəisi-qərargah rəisinin müavini vəzifəsinə qədər yüksəlib. 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisinin birinci müavini, Əməliyyat İdarəsinin rəisi olub. 1994-2007-ci illərdə Baş qərargah rəisi vəzifəsini tutub. 2007-ci ildə müdafiə naziri təyin edilib və bir il bu vəzifəni icra edib. Daha sonra Baş hərbi müfəttiş təyin edilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *