Səfir Qüdsi Osmanovun oğlu azadlığa çıxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hadisə

Səfir Qüdsi Osmanovun oğlu azadlığa çıxdı

Səfir Qüdsi Osmanovun oğlu azadlığa çıxdı

Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun oğli Emil Osmanov həbsdən buraxılıb. Bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildirilib.

Məlumata əsasən, Emil Osmanovun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Mənbə onu da əlavə edib ki, azərbaycanlı diplomatın oğluna qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilməyib.

Xatırladaq ki, dünən Emil Osmanov təyyarə ilə Vyanadan Minksə gəlib və burada onu “Toyota Camry” avtomobilində şəxsi sürücüsü gözləyib. Belarus Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarənin əməkdaşları avtomobili operativ qaydada müşayiət ediblər. Rusiya ilə sərhədi keçərkən gənc iş adamı saxlanılıb və konvoy onu Sankt-Peterburqa gətirib.

İstintaqda olan məlumata görə, 27 yaşlı Emil Osmanov pul vəsaitlərinin nağdlaşdırılması sxeminin təşkilatçısıdır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *