Dövlət Agentliyinə yeni rəhbər təyinatı olacaq
Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli sərəncamı ilə istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya sahəsində idarəetmənin təkmilləşdirilməsi üçün Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Hazırda Nazirlər Kabinetinin tərkibində rəhbəri təyin olunmayan yeganə qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. Bəs bu qurumla bağlı təyinat nə zaman gerçəkləşəcək?
AzNews.info Modern.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi barədə 20 aprel 2018-ci il tarixli sərəncamı icra etmək məqsədi ilə, Nazirlər Kabinetinin Ləğvetmə Komissiyası işləyir. Çünki ləğv edilmiş komitənin bəzi səlahiyyətləri yeni yeni Dövlət Agentliyinə verilib.
Agentliyin rəhbər təyinatına gəlincə, bunun ölkə başçısının səlahiyyətindəki məsələ olduğu vurğulanıb. Hələ ki yeni qurumun strukturu da tam formalaşdırılmayıb.
Amma önümüzdəki günlərdə ölkə başçısının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə bağlı təyinat barədə sərəncam verəcəyi istisna edilmir.
Mənbə:> Modern.az