Nazarbayevin qızı Asiya “şengeni” yaratmaq istəyir
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin böyük qızı, ölkə parlamentinin beynəlxalq münasibətlər, müdafiə və təhlükəsizlik komitəsinin sədri Dariqa Nazarbayeva Mərkəzi Asiya ölkələri üçün vahid viza rejimi yaratmağı təklif edib.
Bu barədə “İnterfaks” məlumat yayıb.
“Qazaxıstan və Özbəkistanda təkcə turizmin inkişafını stimullaşdırmaqla kifayətlənmək olmaz, eyni zamanda Mərkəzi Asiyanın bütün gəzməli-görməli yerlərini bir səfər ərzində görməyə çalışan turistlərin gəlişini stimullaşdırmaq lazımdır, bunun üçün isə vahid viza rejimi yaratmaq vacibdir”, -deyə Nazarbayeva özbək həmkarları ilə keçirdiyi görüşdən sonra bildirib.
Nazarbayeva Asiya şengenini “Silk viza” adlandırmağı təklif edib.
Mənbə:> İnferfaks