ABŞ Ermənistana böyük pullar vəd etdi
Bricit Brink
Birləşmiş Ştatlar Ermənistana böyük sayda Amerika investisiyası cəlb etmək fikrindədir. Bunu bazar ertəsi günü Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanla görüşü zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələlri üzrə müavininin müşaviri Bricit Brink bildirib.Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, Dövlət Departamentinin nümayəndəsi bununla bağlı deyib: “ABŞ Ermənistanın yeni hökuməti ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və böyük sayda Amerika investisiyalarının ölkə iqtisadiyyatına cəlb edilməsi məqsədilə işləmək niyyətindədir”.
Ermənistan XİN mətbuat xidmətinin məlumatına əsasən, tərəflər həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi problemlərinə toxunublar.
“ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ gələcəkdə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyəcək və problemin dinc yolla həlli yollarını axtarıb tapmaqda tərəflərlə fəal işləyəcək”, - Brink qeyd edib.
Bu gün səhər ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin müşaviri Ermənistan prezidenti Armen Sarkisyanla görüşüb. Onun ölkənin baş naziri Nikol Paşinyanla görüşü də gözlənilir.
Mənbə:> Virtualaz.org