Şəhid cənazəsi başında gülən deputatlar… – VİDEO
CHP-nin parlament fraksiyasının rəhbəri Özgür Özəl və Manisa Bələdiyyəsinin başqanı Cingiz Ərgunun şəhid cənazəsi başında gülərək söhbət etmələri sərt etiraza səbəb olub.
AzNews.info unikal.org-a istinadən bildirir ki, hadisə Şırnakda PKK-ya qarşı əməliyyat zamanı şəhid olan polis əməkdaşı Mustafa Kozakın cənazə törənində baş verib.
Hamidiyə məscidində keçirilən törəndə millət vəkillərinin gülərək söhbət etmələri vətəndaşların etirazına səbəb olub.
Mənbə:> Unikal.org