İran XİN Netanyahunun ittihamlarını “gülünc şou” adlandırdı
İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı İsrailin baş naziri Benyamin Netanyahunun son bəyanatlarını “gülünc şou” adlandırıb.
Virtualaz.org-un məlumatına görə, bu barədə ISNA agentliyi xəbər yayıb.
“Bu bəyanat gülüncdür. İran belə əhəmiyyətli sənədləri necə atılmış sənaye anbarında saxlaya bilər?" — deyə nazir müavini bildirib.
“Netanyahunun Trampın Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı qərarını gözləməsi bunun bir teatr olduğunu göstərir. İsrail isə səhnədə ən yüksək səviyyədə rol oynadı”, - deyə Abbas Əraqçı əlavə edib.
Qeyd edək ki, İsrailin baş naziri “Mossad”ın İranın nüvə arxivini bütünlüklə ələ keçirdiyini, bununla da Tehranın nüvə silahı proqramından imtina etməyib beynəlxalq ictimaiyyəti aldatdığını bildirib.
Donald Tramp isə növbəti dəfə İranla nüvə proqramına dair razılaşmanın pozulacağını istisna etməyib.
Mənbə:> Virtualaz.org