Erməni deputatlar NATO-nun seminarından geri çağırıldılar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Erməni deputatlar NATO-nun seminarından geri çağırıldılar

Erməni deputatlar NATO-nun seminarından geri çağırıldılar

Ermənistan parlamentinin NATO-nun Parlament Assambleyasının (NATO PA) Batumidə keçirilən “Rouz-Rout” seminarında iştirak edən deputatları aprelin 23-də geri çağırılıblar.

Bu barədə “Report”a Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı məlumat verib.

Onun sözlərinə görə, buna səbəb Ermənistanda baş verən son hadisələr, xüsusilə baş nazir Serj Sarqsyanın istefaya getməsidir: "Həmin deputatlar da Serj Sarqsyanın Respublikaçılar Partiyasını təmsil edirdilər. Ona görə də ölkədəki gərgin vəziyyəti nəzərə alan Ermənistan rəhbərliyi deputatları təcili geri çağırıb. Bu Ermənistanda vəziyyətin daha da ciddi olduğunu sübut edir”.

M.İbrahimqızı bildirib ki, NATO PA-nın 97-ci “Rouz-Rout” seminarının ikinci günü, yəni aprelin 24-də Cənubi Qafqazdakı vəziyyət, Gürcüstanda inteqrasiya prosesləri, eləcə də regionda təhlükəsizlik və mövcud problemlər diqqət mərkəzində olacaq. Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirələr olunan məsələlərə münasibət bildirəcəklər.

Qeyd edək ki, seminarda Azərbaycanı Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov təmsil edirlər.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *